“Zirə”nin qapıçısı Tiaqo Silva “CBC Sport”a maraqlı etiraf edib.
Portuqaliyalı kiper komandanın xilaskarı olmasından danışıb.
Onun sayəsində "Zirə" tarixində ilk dəfə Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib. “Qartallar” III təsnifat mərhələsində Xorvatiya "Osiyek"indən üstün olub.
Cavab qarşılaşmasında 1:1 hesablı heç-heçə qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. 30 dəqiqədə qapılara qol vurulmadığından penaltilər seriyasına ehtiyac duyulub.
Penaltilər seriyasında "Zirə"nin qapıçısı Tiaqo Silva 4 qurtarış edib.
Qəsəbə təmsilçisinin qalibiyyətində böyük sahibi olan portuqaliyalı bildirib ki, intuisiya onu ön plana çıxarıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

