Latviyadan olanlar “Zirə”nin aqibətini bəlli edəcək

17 Avqust 2024 19:20 Zirə 982
Latviyadan olanlar “Zirə”nin aqibətini bəlli edəcək

"Zirə"nin Konfrans Liqasının pley-off mərhələsində "Omoniya" ilə keçirəcəyi cavab matçının da hakimləri məlumdur.

Sportinfo.az xəbər verir ki, Bakıda baş tutacaq oyunda ədaləti Latviyadan olan hakimlər briqadası qoruyacaq.

Görüşün baş hakimi Vitaliys Spasyonnikovs olacaq. Ona VAR-da həmyerliləri Andreys Qluhoş və Yevgeniys Keziks kömək edəcək.

"Zirə" - "Omoniya" qarşılaşması 29 avqust tarixində saat 20:00-da "Dalğa Arena"da baş tutacaq.

Komandalar arasında ilk oyun isə bundan bir həftə əvvəl Kiprdə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!