"Mümkünsüz deyil, ümid var" - "Zirə"yə darmadağın olan komandanın baş məşqçisi

25 İyul 2024 23:30 Zirə 833
"Mümkünsüz deyil, ümid var" - "Zirə"yə darmadağın olan komandanın baş məşqçisi

"DAK 1904" Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Zirə"yə 0:4 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, Slovakiya təmsilçisinin baş məşqçisi Xisko Munyoz matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verib:

"Oyunun nəticəsi birbaşa mənim səhvimdir. Futbolçularıma nəyin önəmli olduğunu istədiyim qədər çatdıra bilməmişəm. Azarkeşlərimizdən, xalqımızdan üzr istəyirəm. Geridönüş çətin olacaq. Bu gün kifayət qədər şansımız var idi. Amma rəqib daha istəkli, daha sürətli idi. Bu səhvlərdən nəticə çıxarıb, daha yaxşı oynamalıyıq. Komandama inanıram. Oyunçularımın bacarığına bələdəm. Bir oyunla kifayətlənmirik. Hansı nöqtədə olduğumuzu bilirik. Növbəti oyun üçün birlik olmalıyıq. Çətin oyun olacaq. Necə olacağını görəcəyik. Mümkünsüz deyil, ümid var".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA