Azərbaycan klubuna dəhşət saçan gecədən VİDEOREPORTAJ

19 İyul 2024 13:40 Zirə 1 092
Azərbaycan klubuna dəhşət saçan gecədən VİDEOREPORTAJ

Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" və "Şerif" (Moldova) arasında cavab matçı keçirilib.

Sportinfo.az xəbər verir ki, "Dalğa Arena"dakı oyunun əsas və əlavə vaxtı qonaqların 2:1 hesablı üstünlüyü ilə bitib.

Matçda hesabı "qartallar"ın heyətində 6-cı dəqiqədə Rafael Utziq açıb. 54-cü dəqiqədə Əyyub Allaş "status-kvo"nu bərpa edib. 77-ci dəqiqədə adını tabloya yazdıran Papa Yade "Şerif"in qələbə qoluna imza atıb.

Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qələbə qazandığından ümumi hesab bərabərləşib - 2:2.

Əlavə vaxtda qalib müəyyənləşmədiyindən qarşılaşmanın taleyi penaltilər seriyasında həll olunub. Burada daha dəqiq oynayan moldovalılar (5:4) II təsnifat mərhələsinə yüksəliblər.

"Zirə" mübarizəni Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA