"Zirə"dən "Şerif" qiyməti

18 İyul 2024 01:00 Zirə 1 942
"Zirə"dən "Şerif" qiyməti

"Zirə"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində Moldova "Şerif"inə qarşı keçirəcəyi matç üçün bilet satışı davam edir.

Klubun mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, artıq matça 2 min bilet satılıb.

Görüş üçün nəzərdə tutulan biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10, və 20 manat təşkil edir.

Satış məntəqələri:

“Zirə İdman Kompleksi”
“Dalğa Arena”
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.

Sözügedən matç iyulun 18-də "Dalğa Arena"da keçiriləcək və saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk görüşdə təmsilçimiz 1:0 hesablı qələbə qazanıb.

"Zirə" 2 oyunun yekununda "Şerif"i üstələsə, 2-ci mərhələdə “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) cütünün qalibi ilə qarşılaşacaq

"Qartallar” mərhələ adlasa, 2-ci təsnifatda birinci oyunu Bakıda keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA