"Zirə"nin hazırkı lideri şübhəsiz ki, Ruan Renatodur.
Ötən mövsümün əvvəli "Qəbələ"ni "Zirə"yə dəyişən müdafiəçi 2023/24 sezonu bir çox matçlarda kritik müdaxilələri ilə yadda qaldı.
Braziliyalı legioner əla performasını Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Şerif"lə səfər matçında da ortaya qoydu.
O, "Zirə"nin qələbəsi ilə bitən görüşdə (0:1) yenə müdafiə xəttində keçilməz idi.
Meydanın lideri bu dəfə ondan kənarda eyni funksiyanı üzərinə götürüb.
Təcrübəli arxa xətt oyunçusu azarkeşlərə səslənərək onları Moldova təmsilçisi ilə cavab matçında komanda yoldaşlarına tribunalardan dəstək olmağa çağırıb.
XANOĞLAN / SPORTİNFO.AZ
30 yaşlı futbolçunun həmin çıxışını sizə təqdim edirik:

