COP29

Bu komandalardan biri "Zirə"nin bəxtinə çıxaxaq - AVROLİQADA BU GÜN

18 İyun 14:50 Zirə 1 215
Bu komandalardan biri "Zirə"nin bəxtinə çıxaxaq - AVROLİQADA BU GÜN

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılacaq.

Sportinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycanın bu turnirdəki təmsilçisi "Zirə"nin də rəqibi bəlli olacaq.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Səpələnməmişlər səbətində yer alan "Zirə"nin potensial rəqibləri aşağıdakılardır:

“Şerif” (Moldova)

“Maribor” (Sloveniya)

“Tobol” (Qazaxıstan)

“Visla” (Polşa)

“Pafos” (Kipr)

"Pakş” (Macarıstan)

Rəşad Sadıqovun komandası ilk matçını iyulun 11-i, cavab görüşünü isə iyulun 18-də keçirəcək.

Azərbaycanı avrokuboklarda təmsil edəcək digər komandalar - "Qarabağ" (ÇL) və "Sabah"la (KL) "Sumqayıt" (KL) isə mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq.

Bu mərhələnin püşkü iyunun 19-da atılacaq. Avropa Liqasında da 2-ci mərhələnin püşkatma mərasimi sabah keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti