Premyer Liqa klubu tanış legionerlə necə dil tapdı?

29 Fevral 10:40 Zirə 1 405
Premyer Liqa klubu tanış legionerlə necə dil tapdı?

“Zirə”nin Sezar Meza Kolli ilə anlaşması barədə dünən oxucularımıza məlumat vermişdik.

Paraqvaylı legioner bu gün Azərbaycana gələcək və tibbi baxışdan keçəcək.

Səhhətində bir problem üzə çıxmasa, «qartallar» onunla ilyarımlıq (6 ay+1 il) müqavilə imzalayacaq.

Vaxtilə ölkəmizdə “İnter” (indiki “Şamaxı”) və “Neftçi”nin şərəfini qorumuş yarımmüdafiəçi qəsəbə təmsilçisinə azad agent statusu ilə qoşulacaq

2021-ci ilin iyunundan “Neftçi”də çıxış edən, bu müddətdə 55 oyunda meydana çıxan və 6 qol vuran Sezar ötən ilin iyununda burdan ayrılmışdı.

Cənubi amerikalı ötən ayları Səudiyyə Ərəbistanının birinci divizion klubunda - "Ohod"da keçirib.

O, yaxınlarda ərəblərlə birillik müqaviləni pozub. Qarşılıqlı razılaşma əsasında.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!