Bu klub “Neftçi”nin sabiq legionerini Azərbaycana qaytardı – SON DƏQİQƏ

28 Fevral 2024 21:19 Zirə 6 230
Bu klub “Neftçi”nin sabiq legionerini Azərbaycana qaytardı – SON DƏQİQƏ

Avrokuboklara iddialı “Zirə” yeni legionerlə güclənib.

Qəsəbə klubu Sezar Meza Kolli ilə anlaşıb.

Vaxtilə ölkəmizdə “İnter” (indiki “Şamaxı”) və “Neftçi”nin şərəfini qorumuş paraqvaylı sabah yenidən Azərbaycana təşrif buyuracaq.

2021-ci ilin iyunundan “Neftçi”də çıxış edən, bu müddətdə 55 oyunda meydana çıxan və 6 qol vuran yarımmüdafiəçi ötən ilin iyununda burdan ayrılmışdı.

Cənubi amerikalı ötən ayları Səudiyyə Ərəbistanının birinci divizion klubunda - "Ohod"da keçirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM