Rəşad Sadıqovun komandasının 6 xal arzusu: “Asan olmayacaq”

13 Fevral 16:40 Zirə 259
Rəşad Sadıqovun komandasının 6 xal arzusu: “Asan olmayacaq”

Premyer Liqanın 22-ci turunun oyunları prinsipiallığı ilə diqqət çəkəcək.

Turun mərkəzi qarşılaşması Zirədə baş tutacaq. Ölkə kubokunda yarımfinala adlayan, turnir cədvəlinin 4-cü pilləsində yer alan zirəlilər 2-ci yerin sahibi “Sumqayıt”I qəbul edəcək.

Bu matçın yekun nəticəsi turnir cədvəlində yerdəyişmələrə səbəb ola bilər.

Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv “Sumqayıt” imtahanının ardınca “Neftçi” ilə üz-üzə gələcək ki, bu iki oyunun nəticəsi “qartallar” üçün dönüş nöqtəsi sayıla bilər.

“Zirə”nin yeni transfer Ceyhun Nuriyev Sportinfo.az-a açıqlamasında sözügedən görüşlərlə bağlı fikirlərini dilə gətirib:

“Həm “Sumqayıt”, həm də “Neftçi” çempionatdakı əsas rəqiblərimizdir. Onlara qarşı oyunlar heç də asan olmayacaq.

Hər iki matçda meydana qələbə üçün çıxacağıq. Ən vacib oyunlarımızdan olacaq. Bu görüşlərdə 6 xala ümid edirik”.

Fevralın 13-də Zirə İdman Kompleksinin meydanında keçiriləcək “Zirə” – “Sumqayıt” qarşılaşması saat 17:15-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti