“Zirə” adını bu siyahıya birinci yazdırdı - VİDEO

9 Fevral 00:30 Zirə 231
“Zirə” adını bu siyahıya birinci yazdırdı - VİDEO

Azərbaycan Kubokunda yarımfinala yüksələn ilk komanda “Zirə” olub.

qəsəbə təmsilçisi 1/4 finalda “Səbail”i üstələyib.

İlk görüşdə səfərdə 2:1 hesablı qələbə qazanan Rəşad Sadıqovun kollektivi uğurlu çıxışını cavab qarşılaşmasında da davam etdirib.

Rəqibini bu dəfə 3:0 hesabı ilə məğlub edən “Zirə” yarımfinala adlayıb. Komandanın qollarını Abbas İbrahim (4-cü dəqiqə), Rəhim Sadıxov (42) və Rafael Utziq (74) vurublar.

“Zirə”nin yarımfinaldakı rəqibi “Qəbələ” – “Araz-Naxçıvan” cütünün qalibi olacaq.

Komandalar bu gün cavab görüşünə çıxacaqlar. “Dalğa Arena”da gerçəkləşən ilk matçda 1:1 hesabı qeydə alınıb.

Digər Xəbərlər
Xəbər Lenti