
“Sabah” Azərbaycan Premyer Liqasının XXXIII turunda “Kəpəz”lə Qəbələdə keçirəcəyi səfər oyununa baş məşqçisiz çıxacaq.
Sportinfo.az xəbər verir ki, buna səbəb paytaxt klubuna rəhbərlik edən Murad Musayevin cəzalandırılmasıdır.
XXXII turda “Şamaxı” ilə keçirilən matçda qırmızı vərəqə alan rusiyalı mütəxəssis bir oyunluq diskvalifikasiyaya məruz qalıb.
Həmçinin görüşdə hakimin qərarına etiraz etdiyi üçün qırmızı vərəqə alan Musayevin köməkçisi Vitaliy Kovalyov da eyni cəza ilə üzləşib.
“Kəpəz” – “Sabah” oyunu mayın 5-də keçiriləcək.