
"Narazı və ya razı olmaq mövsümün sonunda bilinir".
Sportinfo.az xəbər verir ki, bu fikirlər "Zirə"nin fəxri prezidenti Orxan Məmmədova məxsusdur.
O, rəhbəri olduğu komandanın cari sezondakı çıxışından razı qaldığını bildirib:
"Bugünkü duruma görə komandadan razıyam. Azərbaycan futbolunda rəqabət yüksəkdir. Komandalar arasında maliyyə durumu eyni deyil.
Turnir cədvəlinə baxsaq, görərik ki, bugünkü durumumuza görə "Qarabağ" və "Neftçi" ilə tam rəqabət apara bilmərik.
Hesab edirəm ki, bu il 3-4-cü yerlər uğrunda mübarizə aparırıq və durumumuz qənaətbəxşdir".