"Neftçi" ilə matçda zədələnən Gerye nə vaxt geri dönəcək?

24 Aprel 2023 02:20 Zirə 525
"Neftçi" ilə matçda zədələnən Gerye nə vaxt geri dönəcək?

"Zirə"nin müdafiəçisi Donald Gerye hələ də komandasına kömək edə bilmir.

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın 28-ci turunun "Neftçi" ilə görüşündə zədələnən haitili matçın 36-cı dəqiqəsində yerini Sərtan Taşkına buraxmalı olmuşdu.

Hazırda həkim nəzarətində müalicəsini davam etdirən Geryenin kollektivə nə zaman qoşulacağı hələ ki, dəqiq deyil. Donaldın öncədən 4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilirdi.

Digər Xəbərlər
Xəbər Lenti