Rəşad Sadıqovun iki "nöqtə transferi" və dəyişən "Zirə"

22 Aprel 2023 22:20 Zirə 2 115
Rəşad Sadıqovun iki "nöqtə transferi" və dəyişən "Zirə"

Yeni ilin «Zirə»si inam və ümid saçır.

Büdcəsinə görə ortabab sayılan istənilən komandanın necə çıxış etməsi son dəqiqə transferlərindən asılıdır.

Fikir verin, Eldar Quliyevlə Vladislav Kulaçın gəlişi ilə «Zirə»nin oyunu necə dəyişib. Kiyev «Dinamo»su ilə «Minay»dan gələn ön xətt oyunçuları Rəşad Sadıqovun arzuladığı profilə bab gəlir.

Şəxsən bəndəniz onlardan çox şey gözləyir. Filip Paxtmann kimi dəqiqəbaşı zədələnən, meydandan daha çox, həkim otağında vaxt keçirən legionerdənsə, belə futbolçuların transferi hər yaraya məlhəmdir.

«Zirə» 2015-ci ildən Premyer Liqanın üzvüdür. Bu müddətdə qalib gələ bilmədikləri bir komanda qalıb – «Qarabağ»

. Sindromun nə vaxt qırılacağını proqnozlaşdıra bilmirəm. Kim tarix söyləsə, ona inanmayın.

Bir o bəllidir ki, bu iki klub arasında təmiz rəqabət mövcuddur və onlar ədalətli oyun prisiplərini üstün tutduqlarını ötən mövsümlərdə də dəfələrlə sübuta yetiriblər.

Dünənki 2:2 möhtəşəm idi. Ötən tur keçirilən «Neftçi» - «Qəbələ» qarşılaşmasına (1:2) baxın, bir də ötəngünkü mücadiləyə. Yerlə göy arasındakı fərqi özünüz görəcəksiz.

«Zirə» heç vaxt olmadığı qədər qələbəyə yaxın idi. 0:2-dən sonra geridönüş Rəşad Sadıqovun uğurudur. Komandasını liderə qarşı psixoloji cəhətdən ən üst səviyyədə hazırlaya bildiyini nümayiş etdirdi.

Kulaçın son saniyələrdə qaçırdığı o epizodda «Qarabağ»ın, sadəcə, bəxti gətirdi.

«Zirə» dördüncü yerə iddiasından əl çəkməyəcək. İndi bu pilləyə öz oyunları ilə daha çox layiqdirlər.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti