"Vallah, ona görə nə qədər təzminat ödənilibsə, bu pula dəyər" - VİDEO

22 Aprel 2023 19:00 Zirə 924
"Vallah, ona görə nə qədər təzminat ödənilibsə, bu pula dəyər" - VİDEO

Futbol eksperti Emin Abbasov «Zirə»nin bu il sıralarına qatdığı Eldar Quliyev haqda fikirlərini bölüşüb.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində hücumameylli yarımmüdafiəçinin ünvanına xoş fikirlər səsləndirib.

Bildirib ki, Ukraynanın gənclər yığmasının üzvü yaxşı məktəb keçib və onu «Zirə»nin tapıntısı saymaq olar.

Verlişin aparıcısı Ceyhun Rzayev isə AFFA-ya səslənərək, atası azərbaycanlı olan, amma Premyer Liqada legioner statusu ilə oynayan Eldarın təcili milləşdirilməsini istəyib.

"Zirə" fevralda "Minay"dan transfer etdiyi Eldar Quliyev üçün 100 min avro təzminat ödəyib. "Qartallar" gənc oyunçu ilə 3,5 illik müqavilə imzalayıb.

Donetsk “Şaxtyor”unun yetirməsi daha əvvəl Ukraynada “Mariupol”un da formasını geyinib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti