
Azərbaycan Premyer Liqasında XX tura start verilib.
Sportinfo.az xəbər verir ki, günün ilk matçında "Zirə" "Səbail"i qəbul edib.
Meydan sahibləri rəqibinə 3:1 hesabı ilə qalib gəlib. 52-ci dəqiqədə Vladislav Kulaç hesabı açıb. 69-cu dəqiqədə Rüstəm Əhmədzadə "Zirə"nin ikinci qolunun müəllifi olub.
90+1-ci dəqiqədə Eldar Quliyev fərqi daha da artırıb. 90+7-ci dəqiqədə isə Qoba Zakpa təsəlli qoluna imza atıb.
Qələbə sayəsində xallarının sayını 41-ə çatdıran "qartallar" 4-cü pilləyə yüksəlib. 21 xala malik "dənizçilər" sonuncu - 10-cu sırada qalıb.