
«Zirə» Hamidu Keytaya yeni müqavilə təkulif edib.
Ötən ilin əvvəlində ökəmizə gələn fransalı hücumçunun kontraktı cari mövsümün sonunadək qüvvədədir.
Qəsəbə təmsilçisi ən uğurlu tapıntılarından olan legioneri minimum daha 2 il burada saxlamaq niyyətindədir.
29 yaşlı oyunçu daha əvvəl ölkəsinin "Oser", "Havr", “Trelissak”, “Sent Etyen”, “Şambli”, Rumıniyanın “Dunerya”, “Farul” və “Botoşoni” klublarında çıxış edib.
Keyta son olaraq Portuqaliya “Santa Klara”sının formasını geyinib.
SPORTİNFO.AZ