
Nemanya Ancelkoviç "Zirə"yə geri qayıdıb.
Serbiyalı müdafiəçi yenidən "qartallar"ın formasını geyinəcək.
2021-ci ilin yanvarında qəsəbə təmsilçisi ilə 2.5 illik müqavilə imzalamış balkanlı ötən ay buradan ayrılmışdı.
Rusiyaya yollanan legioner “Kuban”ın düşərgəsində yer almışdı.
Fəqət, birinci dəstənin autsayderlər qrupunda yer alan Krasnodar təmsilçisi ilə danışıqları baş tutmayıb. “Kuban”ın irəli sürdüyü maliyyə şərtləri 25 yaşlı serbi razı salmayıb.
Azərbaycana gəlməmişdən əvvəl ölkəsində “Radnik”, “Metalaç”, “Yavor”, “Pivara” və “Zlatibor”dada çıxış edmiş Andelkoviç mövsümün sonunadək “Zirə”nin düşərgəsində olacaq.
“Qartallar” onun klubsuz qalmasını və keçmiş xidmətlərini nəzərə alaraq, bu dönüşə razılıq verib.
SPORTİNFO.AZ