
"Zirə"nin "Minay"dan transfer etdiyi Eldar Quliyevin transfer qiyməti müəyyənləşib.
Qəsəbə klubu 21 yaşlı yarımmüdafiəçinin keçidinə görə Ukrayna təmsilçisçinə 100 min dollar ödəyib.
Donetsk "Şaxtyor”unun yetirməsi "Mariupol”un da formasını geyinib. "Transfermarkt"də futbolçunun ümumi qiyməti 400 min avro göstərilir.
Lakin "qartallar" Ukraynanın gənclər yığmasının üzvünü bundan xeyli aşağı məbləğə Azərbaycana gəlməyə razı sala bilib.
Dövrələrarası fasilədə "Neftçi"dən də təklif alan, sonda "Zirə" ilə 3,5 illik müqavilə imzalayan Quliyev ilk mövsümündə 110 min dollar qazanacaq.
SPORTİNFO.AZ