“Artıq buna öyrəncəliyik” - “Zirə”dəki sualın cavabı

27 Fevral 2023 16:00 Zirə 347
“Artıq buna öyrəncəliyik” - “Zirə”dəki sualın cavabı

“Zirə” Tovuz səfərindən qalibiyyətlə qayıtmaqla 4 oyunluq qələbəsizlik seriyasına son qoydu.

Heyətini kifayət qədər genişləndirən qəsəbə təmsilçisi avrokuboklara vəsiqə uğrunda mübarizə aparsa da, qeyri-sabit təsir bağışlayır.

Sanki futbolçuların üzərində təzyiq var. Qarşıya qoyulan hədəf həlledici anlarda komanda üzvlərində əlavə təzyiq yaradır, məqsədə çatmağa mane olur.

“Turan Tovuz”la matçdakı inamlı qələbənin növbəti oyunlardakı uğurun başlanğıcı kimi qələmə vermək olar.

Komandanın aparıcı futbolçularından olan Coşqun Diniyev Sportinfo.az-a açıqlamasında məlum mövzu ilə bağlı fikirlərini bildirib:

“Avrokuboklara vəsiqə uğrunda mübarizə aparmağımızın komandanın üzərində əlavə təzyiq yaratdığını düşünmürəm. Artıq buna öyrəncəliyik.

Ötən mövsümdə də ağır sezonun yekununda Avropa Konfrans Liqasına vəsiqə qazanmağı bacarmışdıq.

Komandadakı futbolçuların hər biri peşəkardır və nə istədiyimizi bilirik. Ona görə də hansısa təzyiqdən söhbət gedə bilməz.

Ölkə kubokunda mübarizəni dayandırdığımızdan, avrokuboklara vəsiqə üçün yeganə ümid yerimiz çempionatdır. Bunun üçün sona qədər mübarizə aparacağıq”.

Hesabat turunda “Turan Tovuz”u 2:0 hesabı ilə məğlub edən “Zirə” xalların sayını 35-ə çatdırmaqla 4-cü pillədəki mövqeyini qoruyub.

“Qartallar” 5-cı sıradakı “Qəbələ”dən 3 xal öndə olsa da, 3-cü yerdəki “Neftçi”dən 13 xal geridədir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti