”Qarabağ”la oyunu yada salıb, təəssüfləndi - MÜSAHİBƏ

26 Fevral 2023 20:40 Zirə 558
”Qarabağ”la oyunu yada salıb, təəssüfləndi - MÜSAHİBƏ

Premyer Liqanın son 3 turunda qələbələri sıralayan “Turan Tovuz” doğma meydanda gözlənilmədən “Zirə”yə məğlub oldu.

“Qartallar” bununla da 4 oyunluq qələbəsizlik sindromuna son qoydu.

"Qartallar"ın yarımmüdafiəçisi Coşqun Diniyev Sportinfo.az-ın suallarını cavablandırıb.

- Bu cür inamlı qələbə qazanacağınızı təxmin edirdiz?

- Qış fasiləsindən sonra komandamızın oyunundakı inkişaf göz qabağındaydı. Sadəcə, istədiyimiz nəticələri qazana bilmirdik. Amma əmin idik ki, gec-tez hədəfə çatacağıq. “Turan Tovuz” yeni sponsorun gəlişindən sonra inamlı və həvəsli görünür. “Sabah”ı məğlub edən komanda ilə matçda bizi çətin sınaq gözlədiyini bilirdik. Məğlub olacağımız halda, əsas izləyicilərimiz “Qəbələ” ilə “Turan Tovuz”un yaxınlaşacağını da göz önünə almışdıq. Baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirib Tovuzdan Bakıya qələbə ilə qayıdırıq.

- Son 3 oyunda 9 xal qazanan rəqibi nəyin sayəsində məğlub etməyi bacardız?

- Baş məşqçinin rəqibi təhlil edərək bizə verdiyi tapşırıqlar və həmin tapşırıqları yerinə yetirməyimiz qalibiyyətdə əsas rol oynadı. Antalya toplanışında yığdığımız gücün də böyük rolu oldu. Bu oyunda qazandığımız 3 xalın davamını gətirməyə çalışacağıq.

- Bəs, öncəki 4 görüşdə qalib gələ bilməməyinizin səbəbi nə idi?

- Bir çox amillərlə əlaqələndirmək olar. Bəxt amili, konsentrasiyanı qoruya bilməməyimiz, imkanları boşa verməyimiz və sair. “Səbail”lə oyunu çıxmaq şərti ilə digər 3 matçda kifayət qədər yaxşı çıxış etmişdik. Hətta “Qarabağ”la oyundan 1 xalla ayrıla bilərdik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti