«Rəşad Sadıqov bu dəqiqə çox qayğılıdır».
Bu sözlər «Neftçi»nin sabiq idman direktoru Ceyhun Sultanova məxsusdur.
ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Zirə»nin «Qarabağ»la son oyununu (0:1) incələyən keçmiş funksioner bildirib ki, «qartallar»ın baş məşqçisi istədiyi legionerləri transfer edə bilməyib:
«Bu komandaya iki stopper lazımdır. «Zirə»nin oyunlarına baxsaq, buraxılan qolların 90 faizində arxa xətt oyunçularının fərdi səhvlərə yol verməsini görərik.
Mən bu işin içindəyəm və bilirəm ki, Rəşad Sadıqovun müdafiə xəttin gətirmək istədiyi legionerlər bura gəlmədi. Onlar gəlsəydi, biz «Zirə»dən daha yaxşı nəticələr görərdik.
Sadıqovun futbola öz yanaşması var və hücumların tədricən qurulmasını istəyir. Onun taktiki sxeminə uyğun gələn futbolçuların heç də hamısını bura yığa bilməyib.
Müdafiə xəttinin yol verdiyi səhvlər Sadıqovu narahat edir. «Qarabağ»la qarşılaşmada da 1 xala layiq idilər, lakin yenə bir səhv məğlubiyyətə gətirib çıxardı».
SPORTİNFO.AZ

