“Qarabağ”a qarşı oynadı, sevgisini bu yolla ifadə etdi - FOTO

20 Fevral 2023 20:00 Zirə 1 041
“Qarabağ”a qarşı oynadı, sevgisini bu yolla ifadə etdi - FOTO

Premyer Liqanın son iki görüşündə qələbə qazana bilməyən “Qarabağ” ötən bazar günü istəyinə çatdı.

Cümə axşamı “Gent”i 1:0 hesabı ilə məğlub edən “köhlən atlar” bu dəfə eyni nəticə ilə “Zirə”ni üstələdi.

“Qarabağ”la ”Zirə” arasındakı oyunun maraqlı tərəflərindən biri təkcə Qurban Qurbanov-Rəşad Sadıqov amili deyildi.

Müqavilə ilə ağdamlılara məxsus olan Rüstəm Əhmədzadənin də doğma komandasına qarşı oynamasını da kənara qoyaq.

Matça rəng qatan məqamlardan biri də Vild-Donald Geryenin vaxtilə parladığı “Qarabağ”a qarşı mübarizə aparmasıydı.

Sabiq komandasına qarşı oynadı, illərlə çiyin-çiyinə top qovduğu futbolçulara qarşı rəqib qismində çıxış etdi və yekunda “Qarabağ”ın qələbəsinin şahidi oldu.

Oyun başa çatandan sonra ağdamlıların kapitanı Maksim Medvedev “instagram” hesabında Gerye ilə şəklini paylaşaraq “darıxmışdım” sözünü yazıb.

“Zirə”nin müdafiəçisinin cavabı özünü çox gözlətməyib:

“Mən də sənin üçün darıxmışdım, qardaşım. Səni yenidən görmək xoş oldu”.

Gerye “Qarabağ”ın heyətində çıxış etdiyi müddətdə 2 dəfə Azərbaycan çempionu olub. O, “Neftçi”nin heyətində də qızıl medal qazanıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti