“Neftçi” və “Sabah” da ona təklif göndəribmiş...

14 Fevral 2023 19:00 Zirə 1 565
“Neftçi” və “Sabah” da ona təklif göndəribmiş...

“Zirə” bugünlərdə yeni futbolçu ilə müqavilə imzaladı.

"Qartallar" Eldar Quliyevlə anlaşdı.

20 yaşlı yarımmüdafiəçi ilə 3,5 illik müqavilə bağlandı.

Ukraynanın 21 yaşadək futbolçulardan ibarət millisinin də üzvü olan Azərbaycan əsilli Quliyev daha əvvəl bu ölkədə “Mariupol” və “Minay”ın şərəfini qoruyub.

Eldar "Minay"a 2021-ci ilin yayında "Mariupol"dan transfer olunub. Cari mövsümdə komandasının heyətində meydana çıxdığı 14 matçda 1 qol vurub.

“Zirə” onunla anlaşmaq üçün Premyer Liqanın 2 klubu ilə rəqabət aparmalı olub. “Neftçi” və “Sabah” da orta sahə oyunçusuna təklif göndərib.

O, özünü harada daha yaxşı göstərə biləcəyini araşdırıb və üstünlüyu “Zirə”yə verib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti