“Zirə” yerli futbolçusunu bu kluba icarəyə verdi - 4-cü keçid

14 Fevral 2023 13:20 Zirə 844
“Zirə” yerli futbolçusunu bu kluba icarəyə verdi - 4-cü keçid

"Zirə" futbolçusu İlkin Muradovu icarəyə verib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi "Səbail"də oynayacaq.

O, cari mövsümün sonuna kimi adıçəkilən klubda çıxış edəcək.

Beləcə, “Səbail” qış transfer pəncərəsində 4-cü keçidini rəsmiləşdirib. Bayıl klubu buna qədər David Qomis, Matiya Lyuyiç və Mirəli Əhmədovu sıralarına qatıb.

Digər Xəbərlər
Xəbər Lenti