Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, "Səbail" Bayılda "Zirə" ilə üz-üzə gəlib.
Qarşılaşmadan öncə Türkiyədə baş vermiş zəlzələdə həyatını itirənlərin xatirəsi yad edilib.
Hər iki komandanın futbolçuları meydana Türkiyə bayrağının rənglərində olan köynəklə çıxıblar. Oyunçuların əlində isə "Keçmiş olsun, Türkiyə! Dualarımız sizinlədir " yazılmış pankart olub.
"ASCO Arena"dakı qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Dənizçilər"in heyətində 48-ci dəqiqədə David Qomis, 78-ci dəqiqədə Mirabdulla Abbasov fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran "Səbail" 7-ci pillədəki "Şamaxı"ya çatıb. "Qartallar" isə 32 xalla 4-cü sıradadır.

