Azərbaycan klubu bu transfer üçün 100 min avro ödədi

13 Fevral 2023 13:40 Zirə 1 305
Azərbaycan klubu bu transfer üçün 100 min avro ödədi

"Zirə"nin Ukrayna "Minay"ından transfer etdiyi Eldar Quliyev üçün ödədiyi təzminat məbləği bəlli olub.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin keçidi Bakı klubuna 100 min avroya başa gəlib.

"Qartallar"Ukraynanın U-21 yığmasının oyunçusu ilə 3,5 illik müqavilə imzalayıb.

Donetsk “Şaxtyor”unun yetirməsi olan Eldar Quliyev daha əvvəl Ukraynada “Mariupol”un da formasını geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti