“Mən “Qarabağ”da oynayanda da belə hadisələr çox olurdu” - VİDEO

7 Fevral 2023 02:10 Zirə 789
“Mən “Qarabağ”da oynayanda da belə hadisələr çox olurdu” - VİDEO

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:

“Şərh etmək üçün bəzən insan çətinlik çəkir. İlk dəqiqələrdə qol buraxdıq. Tez toparlandıq. Qol epizodlarımız oldu.

Dirəyə dəyən topumuz oldu. Qələbə qazanmaq istəyirdik. Oyundan çox razıyam. Komandam son üç turdur yaxşı oynayır.

90 dəqiqə ərzində yol verdiyimiz bəzi kobud səhvləri aradan qaldırsaq, daha da yaxşı olacaq. Komandamı təbrik etdim. Etməsəm, ədalətsizlik olardı.

Hər bir komandanın heyətində yaxşı futbolçular olur. Son oyunlarda qələbə qazana bilərdik. Bəzi məqamlar çatışmırdı.

Penaltidən yararlana bilmədik. Qırılma hadisələri çox baş verir. Daha çox qol vura bilərik, daha çox qələbə qazana bilərik.

Mən “Qarabağ”da oynayanda da belə hadisələr çox olurdu. Qurban müəllimin məşqçiliyi mənim üçün kitabdır.

Məşqçi karyeramı onun məşqçilik karyerasına bənzədirəm. Komandam düz yoldadır. Sadəcə, inkişaf etmək lazımdır.

Bu oyunda ciddi, qaranlıq qalan epizod olmadı. Hakimlər çox yaxşı idarəçilik etdilər. Bu, futboldur. Hakimlərdə də, VAR-da da, elə bizim özümüzdə də səhvlər ola bilər.

Hacı elə futbolçudur ki, ona xəbərdarlıq edirəm ki, sarı vərəqə alırsansa, əvəzlənəcəksən. İkinci hissə üstünlük bizim tərəfimizdə idi.

Onu ona görə əvəzlədim ki, üstünlüyü qoruyub saxlaya bilək. “Qəbələ” də yaxşı çıxış etdi. Elmar müəllim mübariz komanda formalaşdırıb.

Təmkin Xəlilzadə ilə bağlı olan məsələ futboldan kənar deyildi. Ona karyerasında uğurlar arzu edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı