Portuqaliya klubunun yetirməsi 1,5 il Azərbaycan klubunda

4 Fevral 2023 11:40 Zirə 1 266
Portuqaliya klubunun yetirməsi 1,5 il Azərbaycan klubunda

"Zirə" heyətini yeni legionerlə gücləndirib.

Qəsəbə təmsilçisi "Pakuş de Ferreyra"dan Abbas İbrahimi transfer edib.

Nigeriyalı yarımmüdafiəçi Portuqaliya klubunda az oynadığı üçün "Zirə"yə keçməkdə maraqlı olub. Klub onun istəyini qəbul edib.

24 yaşlı vingeri elə "Pakuş de Ferreyra"nın yetirməsidir. O, cari mövsümdə komandanın heyətində 9 rəsmi matçda meydana çıxıb.

Afrikalı daha əvvəl icarə qaydasında Portuqaliyanın digər klubları "Aroka" və "Paredes"də də oynayıb. A.İbrahim ümumilikdə "Pakuş de Ferreyra"da 39 oyunda forma geyinib.

"Qartallar" Abbasla 1,5 illik müqaviləyə razılaşıb. Ümumi anlaşmaya əsasən, onun sözləşməsi daha 1 il uzadıla bilər. Bu transfer "Zirə"ni böyük xərcə salmayıb.

Nigeriyalı ilk 6 ay ərzində 8-10 min dollar civarında əməkhaqqı alacaq. Növbəti mövsümdən isə məvacibində artım ediləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti