"Zirə"nin yeni transferi barədə bilinməyənlər - FOTOLAR

31 Yanvar 2023 02:20 Zirə 981
"Zirə"nin yeni transferi barədə bilinməyənlər - FOTOLAR

"Zirə"nin bu qış heyətinə qatdığı futbolçulardan biri Vladislav Kulaç oldu.

Adıçəkilən futbolçu Ukraynada yetərincə tanınmış biridir və müxtəlif klublarda qol vurmaq bacarığını nümayiş etdirib.

Ölkəmizə gələnə qədər "Dinamo"ya məxsus olmuş 30 yaşlı hücumçu zədə səbəbindən bir ara meydanlardan uzaq qalmışdı.

Karyerası ərzində 11 fərqli klubda oynamış Kulaç indiyə qədər Azərbaycan futboluna tanış simalarla eyni komandada forma geyinib (sportal.az).


Ruslan Fomin

Kulaç Ukrayna Premyer Liqasındakı ilk təcrübəsini "İlyiçevets"də yaşayıb. Həmin vaxtı onun komanda yoldaşları arasında "Qəbələ"nin sabiq hücumçusu da olub. 2013/2014 mövsümündə Kulaç Fominlə birlikdə 24 matçda meydana çıxıb və 3 qolla yadda qalıb. Yeri gəlmişkən, Fomin artıq aktiv futbolçu karyerasını başa vurub.



Zurab Oçiqava

2013/2014 və 2014/2015 mövsümündə "İlyiçevets"lə Kulaçın komanda yoldaşları arasında Fominlə yanaşı, "Sabah"ın müdafiəçisi Zurab Oçiqava da olub. 2021-ci ildən "Sabah"da çıxış edən gürcüəsilli ukraynalı futbolçu “Zirə”nin yeni transferini məhz həmin vaxtdan tanıyır.

Pavel Paşayev

Hazırda klubsuz qalan Azərbaycan millisinin sabiq üzvü Pavel Paşayev də Vladislav Kulaçla komanda yoldaşı olub. 2015/2016 mövsümündə "Şaxtyor"dan icarə əsasında "Metallurq"a (Zaporojye) yollanmış "Zirə"li Paşayevlə məhz həmin dönəmdə forma geyinmək imkanı tapıb.

Vladimir Mazyar

Son olaraq Qazaxıstanın "Akjayik" klubuna rəhbərlik etmiş Vladimir Mazyar da Kulaçın nəyə qadir olduğunu daha yaxşı bilir. Azərbaycanda "Standart" və "Simurq" klublarında oynamış ukraynalı 2015/2016 sezonunda "Stal"da(Dneprderjinsk) "Zirə"nin yeni transferinin baş məşqçisi olub. Bu mənada, forvardın nəyə qadir olduğuna daha yaxından bələddir.

Dorukhan Toköz

Uzun illər "Şaxtyor"a məxsus olan "Zirə"nin yeni forvardı 2015/2016 sezonunun qalan hissəsini Türkiyədə keçirib. Belə ki, o, "Eskişehirspor"da oynayıb. Onun komanda yoldaşları arasında hazırda Türkiyə millisinin üzvü, "Trabzonspor"da çempionluq yaşamış Dorokhan Toköz da var. Bu iki futbolçu məhz "Eskişehirspor"da birlikdə çıxış edib.

Mixail Sivakov

Son illərdə "Orenburq"un aparıcı üzvünə çevrilmiş "Qəbələ"nin sabiq müdafiəçisi Mixail Sivakov da Kulaçın nəyə qadir olduğunu daha yaxşı bilir. Belə ki, "Zirə"nin yeni forvardı vaxtı ilə "Zarya"da eyni forma uğrunda mübarizə aparıb.

Ruslan Malinovski

Avropada legioner həyatını sürdürən Ruslan Malinovski Vladislav Kulaçla dost münasibətindədir. Belə ki, 1993-cü il təvəllüdlü oyunçular birlikdə Ukraynanın U-19 və U-21 yığmalarında çıxış edib. Malinovski bu qış "Atalanta"dan "Marsel"ə transfer olub.

Digər Xəbərlər
Xəbər Lenti