Rəşad Sadıqov şəhid qardaşını xoş günündə tək buraxmadı - FOTO

30 Yanvar 2023 23:00 Zirə 1 256
Rəşad Sadıqov şəhid qardaşını xoş günündə tək buraxmadı - FOTO

“Zirə”nin futbolçusu Tamerlan Bürcəliyevin nişan mərasimi keçirilib.

Bakıdakı restoranların birində baş tutan tədbirdə paytaxt klubunun rəsmiləri də iştirak edib.

Komandanın baş məşqçisi Rəşad Sadıqov, baş meneceri Elman Himayətoğlu Tamerlanın xoş günündə onu tək buraxmayıblar.

20 yaşlı futbolçu daha çox əvəzedici komandada çıxış edir. Baş məşqçi Rəşad Sadıqov zaman-zaman ona əsas komanda da şans verməyə çalışır.

“Zirə”də Tamerlana olan xüsusi münasibət səbəbsiz deyil.

Belə ki, futbolçunun qardaşı İlqar Bürcəliyev də “Zirə”nin üzvü olub.

O, ikinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən İlqar Bürcəliyev ölümündən sonra "Vətən uğrunda" medalı, "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti