Azərbaycan komandalarına biganə qalmayan əcnəbi xanım - FOTOREPORTAJ

27 Yanvar 2023 02:00 Zirə 794
Azərbaycan komandalarına biganə qalmayan əcnəbi xanım - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Zirə" öz meydanında "Sumqayıt"la qarşılaşıb. Görüş "qartallar"ın inamlı qələbəsi ilə başa çatıb - 3:1.

Hesabı 4-cü dəqiqədə qonaqlar açıblar. Vüsal İsgəndərli adını tabloya yazdırıb. Meydan sahibləri 50-ci dəqiqədə Dmitrios Çantakiasın qolu ilə tarazlığı bərpa edib.

73-cü dəqiqədə Loris Bronyo paytaxt təmsilçisini önə keçirib. 6 dəqiqə sonra isə Toni Qomes yekun hesabı müəyyənləşdirən qolu vurub.

Bu qələbə ilə xallarını 31-ə çatdıran "Zirə" 4-cü pillədəki yerini qoruyub. 12 xalı olan "Sumqayıt" isə 9-cu sırada qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!