"Zirə" bu transferləri daha tez edə bilsəydi, nə olardı?

26 Yanvar 2023 16:00 Zirə 818
"Zirə" bu transferləri daha tez edə bilsəydi, nə olardı?

Bu yay «Zirə»ni avrokuboklara aparacaq yeganə yol ölkə çempionatından keçir.

Ən real variant dördüncü yeri tutub, «Neftçi»nin ölkə kubokunu qazanmasına ümid etməkdir.

Rəşad Sadıqov bütün bunları düşünərək, sedeksiya işində ehtiyatını gözləməkdədir. Aylardır axtarışında olduğu legionerlərin transferində son anadək səbrli davrandı.

Yalnız dünən ukraynalı hücumçu Kulacın keçidini rəsmi surətdə elan etdilər. Bu gün də ikinci əcnəbi futbolçu ilə müqavilə xəbərini açıqlamaları gözlənilir.

Nöqtə atışlar «Zirə» üçün çox vacibdir. Əlbəttə, Sadıqov çox yaxşı bilir ki, gücləndirməsi gərəkən ilk istiqamətlər hansılardır.

«Sumqayıt»la qarşılaşma bir daha göstərdi ki, individual xətalar bu komandanın baş bəlasıdır.

Yeni ilin ilk və hələlik yeganə qolunu da bu cür buraxdılar. Sanki ötən ilin son turunun «Kəpəz»lə oyununun davamı idi bu.

Ssenari yalnız ikinci hissədə dəyişdi. Baş məşqçinin taktiki dəyişikliyə əl atması, sürətin artması və təbii ki, Hamidu Keytanın məsuliyyət bucağını genişləndirməsi ilə.

Deyərdim ki, fransalı vinger bu dəqiqə komanda yoldaşlarının hamısından seçilir. Aşkar liderdir və optimal formaya çox yaxındır.

Təəssüf ki, ondan burada bir dənədir. İkincisi, üçüncüsü olsaydı, ikincilik uğrunda aktiv mübarizəyə qoşulmuşdular artıq.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!