“Zirə” transfer etdi, “Dinamo” yükdən qurtuldu” - Ukrayna KİV-i

26 Yanvar 2023 14:20 Zirə 916
“Zirə” transfer etdi, “Dinamo” yükdən qurtuldu” - Ukrayna KİV-i

Ukrayna mətbuatı “Zirə”nin qış transfer dönəmində heyətinə qatdığı Vladislav Kulaçın keçidini dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, “sport.24tv.ua” saytı 29 yaşlı futbolçunun Azərbaycan klubu ilə müqavilə imzalamasını Kiyev “Dinamo”su üçün müsbət hadisə hesab edib.

“Luçesku yükdən qurtuldu, “Dinamo” cəmi 1 qol vuran hücumçusu ilə vidalaşdı”, - başlığı ilə dərc edilən yazıda Kulaçın tez-tez zədələndiyi üçün baş məşqçi Mirça Luçesku tərəfindən əsas heyətdə şans verilmədiyi vurğulanıb.

“Dinamo” müqaviləyə xitam verdiyi üçün oyunçu “Zirə”yə azad agent kimi keçib.

Vladislav Kulaç 2021-ci ilin yayından formasını geyindiyi “Dinamo”da ümumilikdə 7 oyuna çıxıb, 1 qol vurub. Transfer qiyməti 700 000 avroya bərabər göstərilən hücumçu “Zirə” ilə 1,5 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti