"Büdcədə pul yoxdursa, danışmağın nə mənası var?"

21 Yanvar 2023 15:00 Zirə 640
"Büdcədə pul yoxdursa, danışmağın nə mənası var?"

«Komandaya yeni legionerin cəlb olunması zəruridir. Amma bu, məndən yox, büdcədən asılıdır».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Əyalət klubunun çalışdırıcısı bildirib ki, hələ bu məsələni rəhbərliklə müzakirə etməyib:

«Mənə, heç olmasa, bir hücumameylli yarımmüdafiəçi lazımdır. Başqa xətlərə yeni futbolçu gətirməsək də olar.

Nə edəcəyimizi hələ bilmirik. Heç kimi gözdən keçirmirik. Təklif olunan futbolçular çoxdur, sadəcə, danışıqlar aparmırıq.

Əvvəl rəhbərliklə danışmalıyam və bilməliyəm ki, büdcədə pul var, ya yox. Pul yoxdursa, namizədləri nəzərdən keçirməyin, danışmağın nə mənası var?

Büdcədə pul qalmayıbsa, hansı addımı atacam? Heç nə, bu heyətlə kifayətlənəcəm».

Digər Xəbərlər
Xəbər Lenti