"Səhvlərimizi düzəltsək..."

21 Yanvar 2023 13:20 Zirə 444
"Səhvlərimizi düzəltsək..."

“Bir neçə texniki səhvimiz olsa da, hücumda və müdafiədə “Zirə”dən üstün olduq, matça nəzarət etdik”.

Sportinfo.az xəbər verir ki, bunu Macarıstanın II liqa klubu “Seqed-Çanad”ın baş məşqçisi Aleksandar Stevanoviç “Zirə” ilə keçirilən yoxlama görüşü barədə danışarkən deyib.

Serbiyalı mütəxəssis 3:1 hesabı ilə qalib gəldikləri matçda komandasından razı qalıb:

“Gördüklərimdən və komandanın münasibətindən razıyam. Gərgin məşqlərdən sonra meydana daxil olduq, oyunumuzu sürətləndirməyə çalışdıq.

Səhvlərimizi düzəltsək və oyunumuzu sürətləndirsək, komanda stabil olacaq. Doğru yoldayıq, futbolçuların həm oyundakı, həm də məşqdəki münasibətindən razıyam”.

Xəbər Lenti