"3-4 transfer həyata keçirəcəyik - Bəyəndiyimiz oyunçular gəlməkdən imtina edirlər"

18 Yanvar 2023 12:40 Zirə 617
"3-4 transfer həyata keçirəcəyik - Bəyəndiyimiz oyunçular gəlməkdən imtina edirlər"

"Son gündə iki oyun oynadıq. İstəyirdik ki, toplanışda olan oyunçuların hamısı 90 dəqiqə oynasın.

Nə qədər məşq etsən də, oyun keyfiyyətini ala bilmirsən. Futbolçulardan razı qaldıq.

Bir həftə sonra "Sumqayıt"a qarşı çox vacib çempionat oyunumuz var. Hazırlıq müddəti az olsa da, imkan dərəcəsində yaxşı hazırlaşmağa çalışdıq.

Hazır olub-olmadığımızı çempionat göstərəcək. Bir neçə rəsmi oyun da lazımdır ki, komanda tam formasını bərpa etsin.

Müəyyən çatışmazlıqlar var idi. Bu hər komandada olur. Biz də onların üzərində daha çox dayandıq və işlədik".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib. Klubun mətbuat xidmətinə danışan çalışdırıcı transferlərin gerçəkləşməməsinin səbəblərini açıqlayıb:

"Transferlərimiz yubanır. Danışıq apardığımız oyunçular var. Amma konkretlik yoxdur. Mövsümə bu heyətlə heyətlə başlamışıq.

Yayda da transfer məsələsində problem yaşadıq. İndi də həmçinin. Ümid edirik ki, 3-4 transferi həyata keçirəcəyik. Olmasa da, bu heyətlə yolumuza davam edəcəyik.

Bəyəndiyimiz oyunçular var. Sadəcə müəyyən səbəblərə görə gəlməkdən imtina edirlər, ya da danışıqlar müsbət yekuynlaşmır".

Digər Xəbərlər
Xəbər Lenti