“Şübhəniz olmasın, komandam üçün var gücümü qoyacam”

17 Yanvar 2023 09:40 Zirə 839
“Şübhəniz olmasın, komandam üçün var gücümü qoyacam”

"Düşünürəm ki, daha yaxşı olmaq üçün burada olmağımız yaxşıdır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin legioneri Toni Qomes deyib.

Qviniya-Bisau yığmasının da formasını geyinən hücümçu Antalyada davam edən təlim-məşq toplanışı barədə təəssüratlarını bölüşüb:

“Mövsümün ikinci yarısı üçün çox çalışırıq. Hər gün formaya düşürük və özümüzə inanırıq.

Bu toplanışın bizə böyük faydası dəyəcək. Mən bunu əminliklə söyləyirəm.

Yeni ilin ilk rəsmi oyunlarına çox vaxt qalmayıb. Onadək daha yaxşı duruma gələcəyik.

Şübhəniz olmasın, komandam üçün var gücümü qoyacam. Vuracağım qollarla avrokuboklara vəsiqə qazanmağımıza komək etmək arzusundayam”.

Digər Xəbərlər
Xəbər Lenti