Ukrayna yığmasının azərbaycanlı oyunçusu Premyer Liqa klubunda

11 Fevral 2023 20:20 Zirə 874
Ukrayna yığmasının azərbaycanlı oyunçusu Premyer Liqa klubunda

“Zirə” qış transfer dönəmində Ukraynadan daha bir futbolçunu heyətində cəlb edib.

Sportinfo.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yarımmüdafiəçi Eldar Quliyevlə müqavilə imzalanıb.

20 yaşlı oyunçu paytaxt təmsilçisi ilə 3,5 illik sazişə qol çəkib. Ukraynanın 21 yaşadək futbolçulardan ibarət millisinin üzvü olan Azərbaycan əsilli Quliyevin son klubu “Minay” olub.

Donetsk “Şaxtyor”unun yetirməsi daha əvvəl Ukraynada “Mariupol”un da formasını geyinib.

“Zirə” qış fasiləsində Kiyev “Dinamo”sundan Vladislav Kulaçla anlaşıb. Həmçinin, Vild Donald Gerye və Abbas İbrahim də mövsümün ikinci yarısını Rəşad Sadıqovun rəhbərliyi altında keçirəcəklər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti