“Mən buna görə Rəşad Sadıqova “sağ ol” deməliyəm”

11 Yanvar 2023 15:00 Zirə 772
“Mən buna görə Rəşad Sadıqova “sağ ol” deməliyəm”

"Zirə"nin hücumçusu Toni Qomis Sportinfo.az-a açıqlama verib.

Qəsəbə klubu Türkiyədə keçirdiyi ilk yoxlama görüşündə qələbə qazandı.Rumıniyadan “Çindia" ilə sınaq matçında qazanılan qələbədə (3:2) 24 yaşlı forvard vurduğu 1 qolla öz töhfəsini verdi.

Bu, həm də Qviniya-Bisau yığmasının üzvünün "Zirə" karyerasında vurduğu ilk qol kimi yadda qalıb.

O, buna görə komanda yoldaşları və məşqçilər heyətinə təşəkkür edib:

"Qol vurmaq yaxşı hissdir. Buna görə sevinirəm və komanda yoldaşlarıma, baş məşqçimiz Rəşad Sadıqova “sağ ol” deməliyəm.

Çünki hər gün məşqlərdə üzərində çalışdığımız ötürmələrin faydası oldu".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti