“4-5 futbolçu istəyirəm, hələ razılığa gəlməmişik, problemlər yaşayırıq“ - VİDEO

11 Yanvar 2023 12:40 Zirə 390
“4-5 futbolçu istəyirəm, hələ razılığa gəlməmişik, problemlər yaşayırıq“ - VİDEO

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Antalyadakı təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın “Kindiya” komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Sportinfo.az xəbər verir ki, o, 3:2 hesabıyla qalib gəldikləri matçdan sonra jurnalistlərə müsahibəsində əvvəlcə bunları söyləyib:

“İlk yoldaşlıq görüşümüz idi. Uzun da olmasa, qısa bir fasilə olmuşdu. Futbolçuları 45 dəqiqə olmaqla sınaqdan keçirdik.

Yoldaşlıq görüşlərində nəticə o qədər də önəmli deyil. Komandamın çıxışından razı qaldım. Müəyyən çatışmazlıqlar var.

Bu da fikrimcə, həm fasilədən qayıtmağımızla, həm də ağır yükləmələrlə bağlıdır. Onları da toplanışın gedişində aradan qaldırmağa çalışacağıq”.

Sadıqov transfer planlarından söz açıb:

“4-5 futbolçu transfer etmək planımız var. Çünki bir qədər mövqedə güclənməyə ehtiyacımız var. Amma hələ heç bir futbolçu ilə razılığa gəlməmişik.

Bu məsələ ilə bağlı müəyyən problemlər yaşayırıq. Bu, futboldur. Hər zaman istədiyin futbolçuları transfer edə bilmirsən.

Olmasa da belə, bu heyətlə davam edəcəyik. Təbii ki, transfer xatirinə oyunçu gətirmək istəmirəm. Komandamızı gücləndirə biləcək futbolçu olsa, transfer edəcəyik. Alınmasa, yayı gözləyəcəyik”.

Baş məşqçi bir neçə ay öncə transfer etdikləri, amma oynatmadıqları İssa Cibriel haqda da danışıb. Hansı ki, o, “Kindiya” ilə görüşdə start heyətdə meydana çıxıb:

“Əvvəlcə bir az səhvləri, top itkiləri oldu, amma sonradan toparladı. Uzun müddətdir rəsmi oyunlarda çıxış etmir. 5-6 aydır 90 dəqiqə oynamır.

Yalnız bizim ikitərəfli oyunlarda iştirak edirdi. Formasını bərpa etmək üçün zamana ehtiyac var. Onun zamanla komandamıza kömək edəcəyini düşünürəm”.

Digər Xəbərlər
Xəbər Lenti