Qazanan tərəf “Zirə” oldu - FOTOLAR

11 Yanvar 2023 03:00 Zirə 500
Qazanan tərəf “Zirə” oldu - FOTOLAR

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” ilk yoxlama görüşündə minimal hesabla qalib gəlib.

Sportinfo.az xəbər verir ki, Bakı klubu Rumıniya təmsilçisi “Çindia”nı 3:2 hesabı ilə məğlub edib.

Matçın ilk hissəsində komandalar hərəyə iki dəfə fərqləniblər.

“Zirə”nin heyətində 15-ci dəqiqədə penaltidən Coşqun Diniyev, 18-ci dəqiqədə isə Toni Qomes fərqlənib. Hamidu Keytanın 75-ci dəqiqədə vurduğu qol həlledici olub.

Yanvarın 18-dək Antalyada hazırlaşacaq “Zirə” ayın 17-də iki sınaq matçı keçirəcək.

Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv həmin gün “Szeged-Csanad” (Macarıstan) və “Radniçki” (Serbiya) ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti