"Zirə" Rumıniya klubuna öz gücünü göstərdi - VİDEO

10 Yanvar 2023 17:00 Zirə 985
"Zirə" Rumıniya klubuna öz gücünü göstərdi - VİDEO

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” ilk yoxlama görüşündə minimal hesabla qalib gəlib.

Sportinfo.az xəbər verir ki, Bakı klubu Rumıniya təmsilçisi “Çindia”nı 3:2 hesabı ilə məğlub edib.

Matçın ilk hissəsində komandalar hərəyə iki dəfə fərqləniblər. “Zirə”nin heyətində 15-ci dəqiqədə penaltidən Coşqun Diniyev, 18-ci dəqiqədə isə Toni Qomes fərqlənib. Hamidu Keytanın 75-ci dəqiqədə vurduğu qol həlledici olub.

Yanvarın 18-dək Antalyada hazırlaşacaq “Zirə” ayın 17-də iki sınaq matçı keçirəcək. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv həmin gün “Szeged-Csanad” (Macarıstan) və “Radniçki” (Serbiya) ilə üz-üzə gələcək.

"Zirə" - "Kindia" 3:2
"Zirə"(start heyət) - Anar Nəzirov, Samir Ağayev, Ruslan Abışov, Cavad Qurbanlı, Ramin Əhmədov, Loris Bronyo, Toni Qomeş, Coşqun Diniyev, Andriya Lukoviç, İlkin Muradov, Mirsayib Abbasov

Digər Xəbərlər
Xəbər Lenti