"Qarabağ"da tanınan legioneri Azərbaycana qaytarmaq istəyən klub hansıdır?

5 Yanvar 2023 11:00 Zirə 2 193
"Qarabağ"da tanınan legioneri Azərbaycana qaytarmaq istəyən klub hansıdır?

Haiti yığmasının müdafiəçisi Donald Gerye ilə danışıqlar aparan klublardan birinin adı məlum olub.

Bu, «Zirə»dir. Təmkin Xəlilzadə ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verən «qartallar» ona təklif göndərib.

Azərbaycanlı futbolsevərlərə «Qarabağ» və «Neftçi»dən yaxşı tanış olan 34 yaşlı legioner qəsəbə təmsilçisinin maliyyə şərtlərini qəbul eləsə, onunla ilyarımlıq müqavilə imzalanacaq.

2017-2019-cu illərdə “Qarabağ”ın formasını geyinən Vild-Donald Gerye 2019-2020 mövsümünü “Neftçi”də, 2020-2021 mövsümünün isə ilk yarısını yenidən Ağdam klubunda keçirib.

O, hazırda Kiprdə - “Olimpiakos”da çıxış edir.

SPORTİNFO.AZ

Xəbər Lenti