Azərbaycan klubundan göndərilən ikinci legioner

5 Yanvar 2023 09:40 Zirə 1 930
Azərbaycan klubundan göndərilən ikinci legioner

Qış fasiləsində “Zirə”dən ayrılanların sayı 3-ə çatıb.

Qəsəbə təmsilçisi Təmkin Xəlilzadə və Toni Qomesdən sonra Nemanya Andelkoviçlə vidalaşıb.

2021-ci ilin yanvarında 2.5 illik müqavilə imzalamış 25 yaşlı serbiyalı legionerin anlaşmasının müddəti mövsümün sonunda başa çatmalı olsa da, tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığı sonlandırıblar.

“Qartallar“ sözügedən müdafiəçini düşərgədən göndərmək üçün əlavə xərcə düşməyib.

Andelkoviç Azərbaycana gəlməmişdən əvvəl ölkəsində “Radnik”, “Metalaç”, “Yavor”, “Pivara” və “Zlatibor”un şərəfini qoruyub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti