Bundan sonra Premyer Liqa klubunun nəzdində fəaliyyət göstərəcək

5 Yanvar 2023 15:00 Zirə 1 073
Bundan sonra Premyer Liqa klubunun nəzdində fəaliyyət göstərəcək

Minifutbol üzrə Azərbaycan çempionatında iştirak edən komandalardan birinin adı dəyişdirilib.

“Zəfər”in adı klub rəhbərliyinin qərarına əsasən “Zirə” adı ilə əvəz olunub.

Yarışda 5 tur arxada qalıb və 1 oyun az keçirən kollektiv 12 xalla turnir cədvəlinirn ikinci pilləsində qərarlaşıb. Elşad Quliyevin çalışdırdığı komanda geridə qalan həftələrdə maksimum xal toplayan üç iştirakçıdan biridir.

Ötən çempionatın gümüş medalçısı bundan sonra eyniadlı futbol klubunun nəzdində fəaliyyət göstərəcək və ümumi büdcədən maliyyələşəcək.

Millinin də baş məşqçisi olan Quliyevin qarşısına qoyulan builki məqsəd “Zirə”ni ölkədaxili yarışmanın qalibi etmək və Çempionlar Liqasına vəsiqə qazanmaqdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti