Rəşad Sadıqovu üzən xəbər - ANTALYADA

4 Yanvar 2023 22:40 Zirə 968
Rəşad Sadıqovu üzən xəbər  - ANTALYADA

“Zirə” qış təlim-məşq toplanışı üçün 2 gün əvvəl Antalyaya yola düşdü.

Komanda əvvəldən elan etdiyi kimi, ilk iki gün məşqləri legionerlərsiz etməli oldu.

Nəhayət, dünən axşam saatlarında əcnəbi futbolçular da hazırlıqda iştirak etmək üçün qardaş ölkəyə gəliblər.

Və bu gün baş məşqçi Rəşad Sadıqov həm yerli, həm də əcnəbi futbolçuların birgə iştirakı ilə kollektivi ilk məşqə çıxarıb.

Yalnız Pilipe Paxtman xaric.

Braziliyalı legioner zədəsini hələ də tam bərpa etməyib.

22 yaşlı futbolçu qarşıdakı bir həftəni fərdi məşqlə keçirməli olacaq.

Yalnız bundan sonra hücumçunun komanda ilə hazırlığa qoşulacağı gözlənilir.

Cənubi Amerikalı oyunçu ölkə kubokunun ¼ final mərhələsinin “Neftçi”yə qarşı keçirilmiş ilk oyununda zədə almışdı. O, bu səbəbdən cavab görüşünü və Premyer Liqanın son iki turunu buraxmalı olmuşdu.

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti