Azərbaycan klubu bu dəfə "Liverpul"lu hücumçunu yola saldı

4 Yanvar 2023 10:40 Zirə 2 303
Azərbaycan klubu bu dəfə "Liverpul"lu hücumçunu yola saldı

"Zirə" Təmkin Xəlilzadədən sonra daha bir futbolçusu ilə sağollaşmağı lazım bilib.

Mövsümün əvvəlində komandaya cəlb olunan Toni Qomeslə yollar ayrılıb.

Qvineya-Bisau millisinə dəvət alan 24 yaşlı hücumçu ilə 2 illik müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

"Liverpul"un gənclərdən ibarət komandasının üzvü olmuş forvard karyerası ərzində "Forest Qriin Rovers" (İngiltərə), "Arouxa" (Portuqaliya), "Haras el Hodud", "Tala`ea el Qaiş" (hər ikisi Misir), "Menemenspor", "Tuzlaspor"un (hər ikisi Türkiyə) da formasını geyinib.

Gəl ki, bu ilin yayında gəldiyi "Zirə"də özünü göstərə, əsas heyətə düşə bilmədi.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti