Qəsəbə klubu növbəti AYRILIQ XƏBƏRİni açıqlamağa hazırlaşır

31 Dekabr 2022 23:40 Zirə 2 164
Qəsəbə klubu növbəti AYRILIQ XƏBƏRİni açıqlamağa hazırlaşır

Təmkin Xəlilzadə ilə vidalaşan “Zirə” daha bir futbolçunu yola salmağa hazırlaşır.

Qəsəbə təmsilçisi Nemanya Andelkoviçlə müqaviləni pozmağa hazırlaşır.

Buna səbəb 24 yaşlı serbiyalı müdafiəçinin cari mövsümün geridə qalan hissəsini zəif keçirməsi, şans qazandığı oyunlarda çoxsaylı səhvlərlə yadda qalmasıdır.

Balkanlı legioner 2021-ci ilin yanvarında «qartallar»la 2.5 illik müqavilə imzalayıb. O, daha əvvəl ölkəsində "Radnik", "Metalaç", "Yavor", "Pivara" və "Zlatibor"un şərəfini qoruyub.

Zirəlilər hazırda Andelkoviçin yerinə bir neçə namizədi gözdən keçirir. Onlardan biriylə anlaşma əldə olunsa, serbiyalı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"